AZ

Hava nəqliyyatı ilə sərnişindaşımanın qiyməti bir ayda 24 faizdən çox ucuzlaşıb

MDB ölkələrinə hava sərnişindaşıma nəqliyyatı xidməti ötən ilin noyabrında oktyabr ayına nisbətən 24,3 faiz ucuzlaşıb.

Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ancaq digər beynəlxalq reyslər noyabrda 1 ay əvvələ nisbətən 4,9 faiz bahalaşıb.

Ölkədaxili hava sərnişindaşımanın qiyməti isə dəyişməyib.

Ötən ilin yanvar-noyabr aylarında hava nəqliyyatı ilə 3.7 milyon sərnişin daşınıb, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələr həyata keçirib.


Müəllif: Bəkir Nərimanoğlu
Seçilən
15
teleqraf.com

1Mənbələr