AZ

Sosial mediada təhlükəli tendensiyalar ölümlərə yol aça bilər

Son illərdə sosial mediadan istifadənin yaşının azalması və rəqəmsal tətbiqlərin çoxalması özü ilə bir çox təhlükələri də gətirir. Azyaşlıları, yeniyetmələri rəqabətə və güclərini göstərməyə təşviq edən çağırışlar olaraq təyin olunan trendlər sosial media platformalarında domino effekti yarada və sürətlə yayılaraq böyük kütlələrə təsir edə bilər.
Demək olar ki, hər gün dəyişən simalarla ortaya çıxan sosial media tendensiyaları uşaqların və gənclərin təkcə psixi sağlamlığına təsir etməklə yanaşı, həm də fiziki zərərlərə səbəb olan təhlükəli səviyyələrə çata bilər ki, bunun da nümunələrinin cəmiyyətdə şahidi oluruq.
Bir neçə gün öncə, Biləsuvar rayonunun  Xırmandalı kənd sakini 15 yaşlı N.T zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına çatdırılıb.Həkimlərin səyləri sayəsində yeniyetmənin həyatı təhlükəsi aradan qalxıb.
Yeniyetmənin atası bildirib ki, övladı Tiktok platformasında gördüyü üsuldan istifadə etməklə Yeni il gecəsinə özü üçün "səs çıxaran" qurğu düzəltmək istəyib:
"Bu zaman bizdən xəbərsiz istifadə etdiyi "Net"in (təmizləyici vasitə) onu zəhərlədiyini bildik və təcili onu xəstəxanaya çatdırdıq".
Bu xəbərdən də məlum olduğu kimi, sosial medianın, sosial mediada yayılan trendlərin zərərləri insanlara ciddi təsir edə bilər. Sosial media diqqətli istifadə edildikdə insan üçün faydalıdır. Ancaq insan sosial mediadan həddindən artıq istifadə etməyə başlayırsa, bu vəziyyət insan üçün mənfi nəticələrə səbəb olur.
Sosial medianın zərərləri çoxdur. Xüsusilə son vaxtlar insanlar sosial mediadan həddindən artıq istifadə etməyə başlayıblar. Hər kəs sosial mediadan hansısa şəkildə istifadə edir. Bu vəziyyətin gətirdiyi zərərdən xəbərsiz davranmalı və bu barədə məlumat əldə etməlidir. Sosial medianın faydaları ilə yanaşı zərərləri də var.

Sosial media üzrə ekspert Rəşad Əliyev sosial media trendlərinin "çağırış" adlanan problemlərdən ibarət olduğunu və insan sağlamlığına ciddi təsir göstərən bir çox fərqli tendensiyaların olduğunu açıqlayıb.

Son zamanlar gənclər arasında zərərli mövzulu cərəyanların ortaya çıxdığına diqqət çəkən ekspert, yeniyetmənin trendə uyğunlaşmaq adı ilə özünü zəhərləməsinin buna misal ola biləcəyini bildirib:
"Populyar mədəniyyətin ən bariz cəhəti və onun kütləvi informasiya vasitələri tərəfindən yaradılmasının əsas səbəbi əksəriyyət tərəfindən bəyənilən və qəbul edilən məhsullardan geniş istifadə olunmasıdır. Hər sahəyə nüfuz edən bu məhsullar rəngli, canlı, cazibədar formaları və daim yenilənən üzləri ilə gündəlik həyatın hakim elementləridir. Bəzən sıx həzz, həyəcan və oyun ehtiva edən bu məhsullar cəmiyyətin əyləncə mədəniyyətinə uyğun olmaqla yönləndirici keyfiyyətə malikdir və kütləni özünə cəlb edir. Beləliklə, eyni məzmunun çoxaldılması və təkrarlanması ilə cəmiyyətdə bir tendensiya başlayır. Bu tendensiyaların ən çox yayıldığı mühit sosial media platformaları arasında nisbətən yeni olan TikTok-dur. Bu gün TikTok-un istifadəçilərinə təqdim etdiyi imkanlar xüsusilə gənc nəslin diqqətini cəlb edir, anormallıq, üslubsuzluq və sosial həssaslığın həyat tərzi kimi qəbul edilməsinə gətirib çıxarır və bu anlayış yaradılan tendensiyalar vasitəsilə gücləndirilir. Bu mənada, davamlı olaraq dəyişən dinamik strukturu, populyar mədəniyyətə diqqət yetirməklə, əylənərək pul qazanmaq və real həyatın stressindən uzaqlaşmaq vədi ilə daim yenilənir. 
Çox tez mənimsənilən populyar mədəniyyət elementlərinin əsas anlayışı həzz və əyləncəyə əsaslandığı üçün bir müddət sonra cansıxıcılıq və yeni elementlərlə əvəzlənmə dövrü gəlir. Tez əldə edilənin tez öz dəyərini itirməsi ideyasına əsaslanaraq, populyar mədəniyyət elementləri bir yerdə dayanmır və dinamik quruluşuna görə daim yenilənir. Bu gün sosial media platformaları həm öz daxilində artan müxtəliflik, həm də istifadəçilərinə təqdim etdikləri aktual məzmunla hərəkət edir və əyləncə anlayışını zirvəyə çıxararaq kütlələri sürükləyirlər. TikTok bunun ən konkret nümunələrindən biridir. Populyar mədəniyyətin əyləncə məntiqi ilə harmoniya əldə edən TikTok, xüsusilə gənclərin ən yeni və ən çox tələb olunan sosial media platformalarından biridir. Çünki TikTok-un təklif etdiyi rəngarəng süni dünya gündəlik həyatın sıxıntılarından qaçmağı və əyləncəli həyata keçidi təmin etməklə yanaşı, qeyri-adi məzmunlu fenomenə çevrilmək imkanı verir. Bu nöqtədə istifadəçidən istifadəçiyə yayılan tendensiyalar, xüsusən də təsir edənlər tərəfindən başlanan tendensiyalar əyləncə axını daxilində ciddi trafik yaradır və TikTok strukturunun mühüm sahəsini əhatə edir. İstifadəçiyə verdiyi imkanlar sayəsində videolarla məzmun istehsalı asanlaşır, maraqlı mövzularla trendlər viral olur. Bu mənada TikTok iştirak və qarşılıqlı əlaqə baxımından həvəsləndirici elementləri ehtiva edir.
Uşaqlar virtual aləmdə uyğun sosial mühit tapa bilməyəndə sosial media platformalarında daha çox vaxt keçirməyə başlayırlar. Bu, onları zorakı məzmuna, zərərli meyllərə və qeyri-sağlam davranış nümunələrinə məruz qoyur. Sosial media asılılığı narkotik asılılığı kimi dopamin sisteminə təsir edə bilər və fərdlərdə oxşar psixoloji problemlər yarada bilər.
Sosial media platformalarında məşhur olan bir davranış qısa zamanda yüz minlərlə, hətta milyonlarla istifadəçiyə çata bilər. Sosial media trendləri adlanan bu hərəkətləri həyata keçirən istifadəçilər daha çox bəyənmə və izləyici qazanaraq populyar olmağa çalışırlar. Bu yaxınlarda gördük ki, populyar olmaq üçün özünə fiziki zərər verən və ya öz ölümünə səbəb olan bir çox istifadəçi var. 
Sosial media platformalarında yaş məhdudiyyəti olsa da, azyaşlı uşaqların bu platformalarda yer almasını əngəlləmək çox çətindir. Bu səbəblə ailələrin rəqəmsal dünyada baş verən bütün təhlükələr barədə əvvəlcə özlərini, sonra da uşaqlarını məlumatlandırmaları böyük əhəmiyyət kəsb edir. Uşaqların rəqəmsal izlərinə əməl edilməlidir, internetdə olarkən uşağın vaxtını necə keçirdiyi müşahidə edilməlidir.
Başlanğıcdan qısa müddət sonra məşhurlaşan Çin əsaslı tətbiqi TikTok-un digər sosial şəbəkələrə təsirini gözardı etmək mümkün deyil. TikTok populyarlaşdıqca, Reels və Snapchat müvafiq olaraq Spotlight funksiyasını işə saldılar. Təbii ki, TikTok-un təkcə interfeys xüsusiyyətləri ilə deyil, həm də məzmun baxımından digər platformalara təsir etdiyini görürük. Bu gün populyarlaşan sosial media trendlərinin əksəriyyəti TikTok vasitəsilə dünyaya yayılır.
TikTok tətbiqi günbəgün populyarlığını artıraraq gəlir mənbəyinə çevrildiyi üçün təkcə ölkəmizdə deyil, həm də dünyanın bir çox yerində trendlər adlanan təhlükəli təcrübələr can almaqda davam edir. Məsələn, qardaş ölkədə Türkiyədə də, yaxınlarda İzmirin Bornova şəhərində yaşayan 10 yaşlı uşaq TikTokda izlədiyi videodan ilhamlanaraq təcrübə olaraq üzərinə odekolon tökərək alışqanla özünü yandırmışdı. Xəstəxanaya aparılan uşaq 10 günlük həyat mübarizəsini itirərək dünyasını dəyişmişdi.
TikTok-dakı tendensiyalar ümumiyyətlə risklidir, diqqəti cəlb edir və baxış sayını artırmağa yönəlib. Burada əsas xüsusiyyət seçilmək, bəyənilmək və özünü göstərməkdir. Ona görə də uşaqlar bir-birlərinə bu davranışları edərək özlərini sosial mediada göstərmək istəyirlər. Çünki bu, sosial medianın insanların beyninin amigdala dediyimiz həzz sahəsinə təsiridir. 
Valideynlər mütləq övladlarının addımlarını rəqəmsal şəkildə izləməlidirlər. Uşaqları planşet, kompüter və internetlə qorxutmaq əvəzinə, hansı mühitlərdə olduqlarını dostcasına öyrənməlidirlər. Mən bunu "rəqəmsal dostluq" kimi adlandırıram.
Belə halların qarşısının alınması üçün uşaqların emosional ehtiyaclarını ödəyən sosial fəaliyyətlər olmalıdır. Dostlarla çölə çıxmaq, fiziki enerjisini yandıra biləcəyi bir fəaliyyət, emosional problemlərini danışa biləcəyi bir mühit, klub fəaliyyətləri kimi fərqli üsullar olmalıdır".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr