AZ

Rejimi nümayişlər və üsyanlar gözləyir

"Rejimi nümayişləri və üsyanları gözləyir. Onlar hər şeyin çox gərgin olduğunu başa düşürlər".

İsraildə yerləşən Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun (INSS) tədqiqatçısı Benni Sabti cümə günü Maariv-ə bildirib ki, İranda ictimai narazılıq son həftələrdə iqtisadi çətinliklər, o cümlədən elektrik enerjisinin kəsilməsi və artan inflyasiya səbəbindən xeyli artıb.

"İnsanlar rejimə Hizbullahla, Suriyaya göndərilən vəsaitləri, neft gəlirlərini və resursları israf etdiyinə görə çox qəzəblidirlər. Rejim 2000-ci ildən indiyə qədər Suriyaya 50 milyard dollardan çox pul axıdıb. Nəticədə isə bütün bu pullar buxar olub yox oldu." - deyə Benni Sabti bildirib.

Sabti İranda pisləşən həyat şəraitini belə təsvir edib: "Tehranda və ölkənin hər yerində gündəlik altı-yeddi saat davam edən elektrik kəsintiləri olur, ucqar ərazilərdə isə belə kəsintilər daha uzun müddət olur. Elektrik kəsilməsinin ardınca su qıtlığı yaranır və kifayət qədər təmizlik olmadığı üçün havanın çirklənməsi artır."

İqtisadi böhran getdikcə daha da dərinləşir. Davam edən elektrik enerjisi və qaz çatışmazlığı sənaye sektorunun çox hissəsini dayandırıb. Sabti qeyd edib ki, artıq 23% olan işsizlik səviyyəsi artmağa davam edir.

“İşçilərin fabriklərinin yaxınlığında vaxtaşırı kiçik etiraz aksiyaları keçirilsə də, hələ ki bu eyləmlər genişmiqyaslı hərəkata çevrilməyib. Lakin hətta bu kiçik nümayişlər də rejimi narahat edir.” - deyə Sabti əlavə edib.

visiontv.az



Seçilən
10
visiontv.az

1Mənbələr