Yunanıstanın paytaxtı Afinada xəstəxananın lifti qəzaya uğrayıb.
Nəticədə liftdə olan 4 nəfər yaralanıb. "Cebheinfo.az" xəbər verir ki, hadisə Qızıl Xaç Xəstəxanasında baş verib. Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərinə görə, lift xəstəxanadan buraxılan xəstə və daha 3 nəfərlə birlikdə düşüb.
Xəsarət alanlardan birinin onurğası sınıb. Digər yaralılar isə müxtəlif bədən nahiyələrindən xəsarət alıblar. Xəsarət alanların hamısı Qırmızı Xaç Xəstəxanasında müalicə olunub. Səlahiyyətlilər hadisənin necə baş verdiyi ilə bağlı araşdırmalara başlayıb.