AZ

Rusiyada 16 yaşlı yeniyetmə məktəbə basqın etdi

Rusiyanın Kursk şəhərində 16 yaşlı oğlan məktəbə çəkiclə basqın edib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
 
Belə ki, Rusiyanın Kursk şəhərində yerli vaxtla səhər saat 9-da şlyapa və maska ​​taxan 16 yaşlı oğlan əlində çəkiclə məktəb binasına basqın edib. Uşaq mühafizəçinin yanından gizlincə keçə bilib və çəkiclə pəncərə və qapıların şüşələrini sındırıb.
 
Asayiş keşikçisi oğlanı yaxalayıb çantasından 2 bıçaq və 1 şüşə alışqan tapıb.
 
2 dəqiqə davam edən hadisədən sonra oğlan hadisə yerindən 4 kilometr aralıda tutularaq nəzarətə götürülüb.
 
İlkin araşdırma nəticəsində məlum olub ki, oğlanın həmin məktəbdə oxuyan qız dostu ilə mübahisələri olub və hücumu məhz bu səbəbdən edib.
 
Oksana
Seçilən
20
azxeber.com

1Mənbələr