AZ

Pakistanda qaz partlayışı nəticəsində kömür mədənçisi ölüb, 12 nəfər şaxtada qalıb

İslamabad, 10 yanvar, Hilal Əhməd, AZƏRTAC

Pakistanın cənub-qərbində qaz partlayışı nəticəsində kömür mədənçisi ölüb, 12 nəfər şaxtada qalıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı yerli hökumətin və Bəlucistan əyalətinin fövqəladə hallar idarəsinin rəsmiləri açıqlama verib. Bildirilib ki, mədəndə xilasetmə işləri davam edir.

Əyalət hökumətinin sözçüsü bütün mövcud resurslardan istifadə edildiyini söyləyib.

Bəlucistan hökuməti mədəndəki partlayışın səbəbini müəyyən etmək üçün təhqiqat aparılmasına göstəriş verib.

Seçilən
20
1
azertag.az

2Mənbələr