AZ

Tofiq Bəhramov Stadionunun arxasındakı ağacları kim kəsib? - RƏSMİ AÇIQLAMA VİDEO - FOTOSESSİYA

Dövlət Ekoloji Ekspertiza Agentliyindən məsələ ilə əlaqədar saytımıza bildirildi ki, ağacların kəsilməsi ilə bağlı hansısa qanunsuz əməl yoxdur:

“Bir müddət əvvəl ölkəmizin bir sıra ərazilərində, məsələn, Mərdəkanda, Xəzər rayonunun Bayıl yamacında və Tofiq Bəhrəmanov Stadionu arxasında şam ağaclarında xəstəliklərin yaranması faktı aşkarlanıb.

Bu vəziyyətlə bağlı beş müxtəlif qurum monitorinq aparmış və nəticələr ictimaiyyətə açıqlanıb. Xəstəlik yalnız Bakı şəhəri ilə məhdudlaşmamış, Mingəçevir, Yevlax, Gəncə və Sumqayıt şəhərlərində də bəzi yerlərdə yayılıb.

Şam ağacları uzun müddətdir bu xəstəliyə görə quruyur və saralırdı. Xəstəliyin yayılmasının qarşısını almaq üçün İsraildən və Türkiyədən mütəxəssislər dəvət edilmiş, dərmanlama və xüsusi qulluq tədbirləri həyata keçirilib. Nəticədə, xəstəliyin daha geniş yayılmasının qarşısı alınıb.

Əli Bəy Ağaoğlu küçəsindəki qurumuş ağaclarla bağlı da rəy vermişik. Burada hər hansı qanunsuz ağac kəsmək faktı mövcud deyil və fotolardan da göründüyü kimi, kəsilən ağacların yerinə yeni ağaclar əkilib”.

***

13:00

***

Paytaxtın mərkəzində kimliyi məlum olmayan şəxslər tərəfindən ekoloji cinayət törədilib.

Avtosfer.az xəbər verir ki, Bakının Nərimanov rayonunda yerləşən Tofiq Bəhramov adına Respublika Stadionun arxasındakı küçədə naməlum şəxslər tərəfindən ağaclar kütləvi şəkildə qırılıb.

Belə ki, rayonun Əli bəy Ağaoğlu küçəsi boyu uzanan geniş yaşıllıq ərazidə onlarla ağac kəsilib. ərazidən keçən vətəndaş tərəfindən çəkilən video social şəbəkələrdə narazılığa səbəb olub. İstifadəçilər bildirir ki, kəsilən ağacların əksəriyyəti qurumayıb, kəsilmə səbəbi ilə bağlı məlumat verilməlidir.

Vətəndaşlar aidiyyəti qurumların məsələni təcili nəzarətə götürüb araşdırmasını, qurumadığı halda ağacları kəsənlərin cəzalandırılmasını xahiş edib.

Sosial şəbəkələrdə yayılan həmin videonu sizə təqdim edirik:

Fidan

FOTO QALEREYA
Seçilən
38
10
avtosfer.az

10Mənbələr