1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Suriyanın paytaxtı Dəməşqdə yerləşən tarixi Əməvi məscidində Cümə namazı zamanı izdiham yaşanıb.
Oxu.Az bu barədə "Haber Global"a istinadən xəbər verir.
İzdiham nəticəsində bir neçə nəfərin həyatını itirdiyi, yaralıların olduğu bildirilib.
Məlumat üçün əlavə edək ki, Əməvi məscidi paytaxt Dəməşqin simvolu hesab edilir. Tarixi VII-VIII əsrə dayanan hazırkı məscid əvvəl xristianlar tərəfindən kilsə kimi istifadə edilib, islamın gəlməsindən sonra isə ərazisi artırılaraq islam dünyasının ən böyük məscidlərindən birinə çevrilib. Məscidin ərazisində dini kitablarda adı keçən dini xadimlərin, həmçinin islam sərkərdələrinin məzarları yerləşir.