NATO, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trumpın üzv ölkələrin müdafiə xərclərini ÜDM-in 2%-dən 5%-ə qədər artırmaq təklifi ilə razılaşmayacaq. Lakin, alyansın müdafiə xərclərinin artırılması məsələsi hələ də gündəmdə qalır və ehtimal olunur ki, bu hədəf artırılacaq.
"Operativ Media" Reuters-in məlumatına istinadən xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krosetto bildirib.
Bir sıra alyans rəsmiləri də ABŞ-nin təklifini dəstəkləməsələr də, ümumilikdə müdafiə xərclərinin artırılmasını müsbət qiymətləndirirlər.
Qeyd edək ki, müdafiə xərclərinin artırılması məsələsi NATO-nun bu il iyun ayında Haaqada keçiriləcək sammitində müzakirə olunacaq.
Ekspertlər, ÜDM-in 5%-i səviyyəsinin iqtisadi və siyasi baxımdan alyansın demək olar ki, bütün üzvləri üçün əlçatmaz olduğunu bildirirlər. Bəzi analitiklər isə Trampın bu təklifini qeyri-real hesab edir və ehtimal edirlər ki, uzun müzakirələrdən sonra NATO ölkələri 3%-ə yaxın bir rəqəmdə razılaşsınlar.
Qeyd edək ki, Trump daha əvvəl mətbuat konfransında, NATO üzv ölkələrinin hərbi xərclərini ÜDM-in 5%-inə çatdırmaq niyyətində olduğunu bildirmişdi.