Bu gün Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, onlar Ermənistan və Azərbaycan arasında sülh prosesi məsələsini müzakirə ediblər.
Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, həmçinin Ermənistan-Aİ əməkdaşlığının dərinləşdirilməsi və genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.