Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradovun verdiyi məlumata görə, UNEC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları üçün təşkil etdiyi "Təlimçilər üçün Təlim" proqramı uğurla yekunlaşıb. Bu münasibətlə keçirilən tədbirdə iştirak edən nazir müavini Vüqar Kərimli ilə birgə iştirakçılara sertifikatlar təqdim edilib.
QHT.az xəbər verir ki, Ədalət Muradov qeyd edib ki, bu proqram ETSN əməkdaşları üçün təşkil edilən "Liderlik mini MBA" sertifikat proqramından sonra UNEC tərəfindən təşkil olunan ikinci belə tədbirdir. "Sertifikat proqramlarına və sertifikatlara işəgötürənlər tərəfindən fərqli baxış Ömürboyu təhsil baxımından çox vacibdir. UNEC bu istiqamətdə fəaliyyətini davam etdirir," – deyə rektor vurğulayıb.
Tədbir çərçivəsində ETSN əməkdaşlarının sertifikat qazanaraq karyera inkişafına töhfə verdiyi bildirilib və onların hər birinə uğurlar arzulanıb.
Pərvanə Fərhadqızı