Əlcəzair və Fransa arasında son illərdə pisləşən münasibətlər qarşılıqlı həbslərlə daha da gərginləşib.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, yanvarın 5-də Fransada saxlanılan \"Doualemn\" ləqəbli əlcəzairli sosial media fenomeni cinayəti yaymaq səbəbiylə deportasiya edilib.
Fransa Daxili İşlər Nazirliyi deportasiya etdiyi şəxsin Əlcəzair hakimiyyəti tərəfindən ölkəyə girişinə icazə verilmədiyini açıqlayıb. Həmin gün Fransaya geri göndərilən Doualemn Seine-et-Marne əyalətindəki Mesnil-Amelot Təcridxanasına aparılıb.
Fransa Prezidenti Emmanuel Makron Əlcəzair administrasiyasını həbs etdiyi əlcəzairli yazıçı Boualem Sansalı dərhal azad etməyə çağırıb.
Əlcəzair hökuməti Fransa prezidentinin Sansalın həbsini tənqid edən bəyanatlarını ölkənin daxili işlərinə açıq-aşkar müdaxilə kimi qiymətləndirib.
Əlcəzair əsilli yazıçı Sansal 2024-cü ilin noyabrında uzun illər yaşadığı Fransadan ölkəsinə qayıdıb və Qərbi Əlcəzairdəki Oran və Muasker valiliklərinin Mərakeşli olduğunu iddia edən açıqlamalardan bir neçə gün sonra həbs edilib.
Mikayıl