Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülhün bərqərar olması ilə bağlı mesajlarını vacib sayıb.
Hafta.az xəbər verir ki, bu haqda Türkiyə mediası məlumat yayıb.
"Regionumuzda uzunmüddətli sülh, sabitlik və firavanlıq üçün tarixi imkanlar pəncərəsi açılıb. İnanıram ki, Ermənistan da uzunmüddətli strateji perspektivlə hərəkət edəcək.
Bu istiqamətdə baş nazir Paşinyanın müsbət mesajlarını mühüm hesab edirik və inanırıq ki, bu, sülhün lehinə mövqe ifadə edir və bu prosesdə müsbət irəliləyişlərə töhfə verir. Ankara tərəflər arasında vasitəçisiz ikitərəfli danışıqları təşviq etməkdə davam edir. Sülhün bərqərar olması özü ilə regionumuzun inkişafı üçün görünməmiş yeni imkanlar gətirəcək”, - deyə Fidan bildirib.