AZ

Xavyer Tebas “Barselona” ilə bağlı son qərara qeyzləndi

İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Barselona”nın oyunçularının qeydiyyatı ilə bağlı məsələnin həllindən narazılıq edib.

Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, Tebas məsələnin müvafiq üsulla həllini tapmasından qeyzlənib:

“Qəbul edilmiş qərarda təəccüb doğuran çox xüsus var, o cümlədən bu məsələnin həllini tapdığı sürəti. Aydındır ki, Ali İdman Şurasının müvafiq tədbiri liqaya iqtisadi nəzarəti yüksək qiymətləndirən idman qanununun müddəalarında göstərilənlərə ziddir. Belə görünür ki, Ali Şura indi La Liqada fəaliyyət göstərən və əksər klubların dəstəyini alan sistemləri məhv etməyə çalışır. Bəs indi “Real”ın klub televiziyasının səsi haradadır?”, deyə Xavyer Tebas Madrid klubunun da ünvanına “daş atıb”.

Xatırladaq ki, “Barselona”, “blauqrana”nın ispan futbolçuları – hücumameylli yarımmüdafiəçi Daniel Olmo və mərkəz hücumçusu Pau Viktoru İspaniya La Liqasının cari mövsümünün ikinci yarısı üçün qeydiyyata salmağa müvəffəq olub.

Yanvarın əvvəlində İspaniya La Liqası, eləcə də İspaniya Kral Futbol Federasiyası (RFEF) Kataloniya klubuna oyunçularının qeydiyyatı ilə bağlı rəsmən imtina etmişdi. Bununla belə, çərşənbə günü, yanvarın 8-də məlum olub ki, İspaniyanın Ali İdman Şurası “Barselona”ya, Kataloniya klubunun şikayət ərizəsinin məhkəmələrdə baxışda olacağı müddətdə Olmo və Viktoru İspaniya La Liqa mövsümünün ikinci dövrəsi, İspaniya Kuboku və İspaniya Super Kuboku üçün qeydiyyatdan keçirməyə icazə verib.

Maraqlıdır ki, Xavyer Tebasın gileyləndiyi Madrid “Real”ının klub televiziyası isə hələ dilə gəlməyib.

Seçilən
33
49
arena.az

10Mənbələr