Bakı. Trend:
Media pleyer “VLC” dünya üzrə 6 milyard yükləməni keçərək böyükbir mərhələyə çatıb.
Trend xəbər verir ki, “CES 2025” tədbirində iştirak edən“VideoLAN” komandası elan edib ki, bu pulsuz proqram tezliklə özistifadəçilərinə süni intellekt inteqrasiyası sayəsində daha datəkmil təcrübə təqdim edəcək.
Yeni funksiya ilə “VLC” media pleyer real vaxt rejimindəvideoları təhlil edə, avtomatik subtitrlər yarada və bu subtitrlərimüxtəlif dillərə tərcümə edə biləcək. Üstəlik, bütün bu prosescihazda yerli olaraq işləyən açıq mənbəli süni intellekt modellərivasitəsilə həyata keçiriləcək.
Tərtibatçılar qrupu bildirir ki, süni intellekt tərəfindəndəstəklənən altyazı sisteminin işləməsi üçün heç bir internetbağlantısı və ya bulud xidmətləri tələb olunmayacaq.
Qeyd edək ki, “VideoLAN” bu funksiyanın nə vaxt əlçatan olacağıilə bağlı tarix açıqlamayıb.