Çində zəif iqtisadi artım və gərginləşən rəqabət nəticəsində 2024-cü il avtomobil sənayesi üçün çətin keçib. Marja.az xəbər verir ki, Almaniya şirkəti Mercedes-Benz satışlarının azaldığını açıqalayıb.
Almaniyanın lüks avtomobil istehsalçısının açıqlamasına görə, keçən il 1 milyon 983 min 400 ədəd Mercedes-Benz avtomobili satılıb. Bu rəqəm 2023-cü ilə nisbətən 3% azdır. Şirkətin Çində satışları 7%, Avropada satışları da 3 faiz azalıb.
Mercedes-in elektrik avtomobillərinin illik satışı 23% azalaraq 185 min 100 ədədə geriləyib. Avropa İttifaqının CO2 emissiyalarının azaldılması ilə bağlı daha sərt tələbləri bu il qüvvəyə minib. Bu, avtomobil istehsalçısına əlavə təzyiq göstərir, əgər elektrikli avtomobillərinin satışları artmasa, Mercedes-Benz üçün vəziyyət daha da pisləşə, böyük cərimələr ilə qarşı - qarşıya qala bilər.
Avtomobil istehsalçısı 2024-cü ildə tam illik mənfəət marjası hədəfini iki dəfə azaldıb, mənfəətin və marjanın azalmasında Çin avtomobil bazarının zəifləməsini əsas göstərən rəqiblərə qoşularaq xərclərini daha çox azaldacağını bildirib.
Avtomobil istehsalçısının 2024-cü il üçün illik maliyyə nəticələrini fevralın 20-də açıqlayacağı gözlənilir.