AZ

Əli Əsədov daha bir qərar imzaladı

Müəllif qonorarlarının və digər haqların ödənilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib.

Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar üzrə rəsmiləşdirilən dəyişikliklə Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli Qərarının 10 nömrəli əlavəsi yeni redaksiyada təqdim edilib.

Qərarın qəbul olunduğu 1997-ci ildən bəri sənəd, dövrün və qanunvericiliyin tələblərinə uyğun şəkildə təkmilləşdirilmədiyi üçün dövlət sifarişi ilə istehsal olunan kinofilmlərin yaradıcılarına müəllif qonorarlarının və digər haqların ödənilməsi ilə bağlı yaranan münasibətlər faktiki olaraq tənzimlənə bilmirdi.

Filmlərin yaradıcılarına ödənilməli olan minimum müəllif qonorarlarının, quruluş haqlarının və digər haqların məbləği denominasiyadan əvvəlki göstəricilərlə müəyyən edildiyindən, müəlliflərin əməyinin obyektiv qiymətləndirilməsi mümkün olmurdu.

Bu səbəbdən, dövlət sifarişi ilə istehsal olunan kinofilmlərin çəkilişi ilə bağlı mövcud Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli Qərarının 10 nömrəli əlavəsinə aidiyyəti qurumlarla (Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və Əqli Mülkiyyət Agentliyi) razılaşdırılmaqla Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilən layihə əsasında müvafiq dəyişikliklərin edilməsi, müəlliflərin əməyinin obyektiv qiymətləndirilməsinə zəmin yaradacaq.

Filmlərin ədəbi ssenariləri üçün müəlliflik hüquqlarına görə ödənilən müəllif qonorarının minimum məbləği filmin növündən və ssenarinin orijinallığından asılı olaraq aşağıdakı kimi müəyyən edilir:

(min manatla)

Filmin növü

Orijinal ədəbi ssenari

Dərc olunmuş əsərin motivləri əsasında yazılan ssenari

Tammetrajlı bədii film

10,0

4,8

Qısametrajlı bədii film və ya

çoxseriyalı filmlərdə hər bir seriya üçün

1,2

0,6

Tammetrajlı cizgi filmi

4,0

2,0

Tammetrajlı sənədli film

4,0

3,0

Qısametrajlı sənədli film və ya çoxseriyalı filmlərdə hər bir seriya üçün

1,2

1,0

Qısametrajlı cizgi filmi və ya çoxseriyalı filmlərdə hər bir seriya üçün

1,2

1,0

Filmlərin orijinal musiqisinə görə filmlərə musiqi bəstələyən bəstəkarlara ödənilən müəllif qonorarının minimum məbləği filmin növündən və həcmindən asılı olaraq aşağıdakı kimi müəyyən edilir:

(min manatla)

Filmin növü

Orijinal musiqi

Tammetrajlı bədii film

4,8

Seçilən
19
4
publika.az

7Mənbələr