Bununla bağlı politoloq Zaur İbrahimli Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, mülkü müşahidə missiyası rəsmi Bakı ilə məsləhətləşmədən bura yerləşdirilib:
“Gözlənirdi ki, fevral ayında Avropa İttifaqı Ermənistan-Azərbaycan şərti dövlət sərhəddində yerləşdilən mülkü missiyasının vaxtını uzadılması məsələsinə yenidən baxacaq. Eyni zamanda biz bu mülki missiyanın yerini yetirdiyi vəzifələrlə bağlı müzakirə açılacağını gözləmirik. Çünki artıq qonşu ölkələrdən Rusiya bununla bağlı ciddi narahatlıq ifadə edib. Avropa İttifaqı birtərəfli olaraq qaydaları pozub və fərqli qərarlar qəbul edib. Həmçinin, bu mülki müşahidə missiyasına Kanadadan nümayəndələr də dəvət olunub. Bu baxımdan hesab etmək olar ki, bu qərar sadəcə olaraq Azərbaycan-Avropa İttifaqı münasibətlərində hazırda müşahidə olunan problemlərin həlli istiqamətində çətinlik yaradacaq. Real proseslərə təsir isə əlbəttə ki yoxdur. Çünki Azərbaycanın zəfərindən sonra ötən dörd il göstərdi ki, sülh gündəli ilə bağlı əsas təşəbbüs Azərbaycan tərəfindən gəlir”.
Politoloq əlavə edib ki, Azərbaycan tərəfi mərhələ-mərhələ sülh gündəliyini icra etməkdədir:
“Müşahidə missiyasının vaxtının uzadılması həm də Paşinyan iqtidarına siyasi dəstəkdir. Heç bir halda bu müşahidə missiyasıyla bağlı qərarın qəbulu sülh gündəliyinin dəstəklənməsi deyil. Ermənistan doğurdan da sülh gündəliyinə sadiqdirsə, o zaman bu müşahidə missiyasından imtina etməlidir. Ermənistanın sülh gündəliyinə sadiq olması məsələsi də burada sual altında qalır. Çünki sülh istəyən tərəf bir qayda olaraq etimadı möhkəmləndirməyə çalışır. Müşahidə missiyasının həmin ərazidə olması real sülh proseslərinə, Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmasına müsbət töhfəsi yoxdur”.
Leyla
Demokrat.az
10Mənbələr
-
yenisabah.azErmənistan Rusiyaya vaxt qoydu – Fevralın ortalarına qədər... ( 15023617)
-
sia.az“Yol verin...Ermənistan gəlir..?” ( 15021075)
-
seherxeber.orgHər il beynəlxalq təhsil günü ETN ölkə təhsilinin durumu barədə ictimai hesabat versin - TƏKLİF ( 15020483)
-
aznews.azErmənistan parlament komissiyası Aİ-yə üzvlük haqqında qanun layihəsini təsdiqləyib ( 15019489)
-
nocomment.azErmənistanda ölkənin Aİ-yə daxil olması ilə bağlı qanun layihəsi təsdiqlənib ( 15016373)
-
yenisabah.azAİ-yə üzvlüklə bağlı qanun layihəsi təsdiqləndi ( 15016101)
-
xalqcebhesi.azErmənistan parlamentinin komitəsi Aİ-yə üzvlük prosesi ilə bağlı qanun layihəsini təsdiqləyib ( 15015665)
-
herbiand.azErmənistan parlament komitəsi Aİ üzvlük prosesinin başlanması layihəsini təsdiq edib ( 15015465)
-
report.azErmənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib ( 15015481)
-
poliqon.infoErmənistan parlamentinin komitəsi Aİ-yə üzvlük prosesi ilə bağlı qanun layihəsini təsdiqləyib ( 15015357)