Bakı. Trend:
ABŞ qüvvələri Yəmənin şimal-qərbində yerləşən Əmran əyalətində“Ənsər Allah” hərəkatından olan husilərə aid yeraltı obyektlərəzərbələr endirib.
Trend xəbər verirki, bu barədə “Al Arabiya” məlumat yayıb.
Qeyd edilib ki, ABŞ ümumilikdə Əmran və Saad əyalətlərindəkiobyektlərə azı 12 zərbə endirib. Hava hücumunun mülki və ya hərbiitkilərə səbəb olmadığı bildirilir.
Qəzzada İsrail-Fələstin münaqişəsinin dərinləşməsindən sonra“Ənsar Allah” hərəkatı İsrail anklavda hərbi əməliyyatlarıdayandırmayana qədər İsrail ərazisinə zərbələr endirəcəyini vəİsraillə əlaqəli gəmilərin Qırmızı dənizdən və Babül-Məndəbboğazından keçməsinə icazə verməyəcəyini xəbərdar etmişdi.
2023-cü ilin noyabr ayından bəri Husilər Qırmızı dəniz və Ədənkörfəzində onlarla mülki gəmiyə hücum edib.