İspaniyanın elita təmsilçilərindən olan "Sevilya" 2025-ci ildə ilk transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, məlumatı Əndəlüs klubunun mətbuat xidməti yayıb.
La Liqa komandası Almaniyanın “Auqsburq” klubundan Ruben Varqası heyətinə qatıb.
26 yaşlı vingerlə müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, İsveçrə millisinin üzvü olan Varqas 2019-cu ildən Bundesliqa təmsilçisində çıxış edirdi. "Sevilya" daha əvvəl "Qarabağ"ın futbolçusu Olavio Juninyonu heyətinə qatmaq istəsə də, keçid baş tutmayıb.