Avqustda Brent markalı neftin bir barreli 79,45 dollara satılıb, sonra qiymət 69 dollara düşüb və oktyabrın 14-nə kimi enişi bərpa edə bilib.
Sentyabrda Brent markalı neftin bir barelinin qiyməti 72,95 dollara (-1,22%) düşüb. Eyni zamanda, WTI markalı neftin oktyabr fyuçersləri bir barel üçün 69,43 dollara düşüb.
Noyabrda "Vedomosti” Kept konsaltinq şirkətinin məlumatlarına istinadən yazıb ki, analitiklər 2025-ci ildə neftin qiymətinin azalacağını proqnozlaşdırırlar.
Onların fikrincə, ABŞ- da və OPEC+ sazişinə daxil olan ölkələrdə hasilatın artması xammalın maya dəyərinin aşağı düşməsinə səbəb olacaq.
Ekspertlərin fikrincə, 2025-ci ildə Brent markalı neftin orta qiyməti 76 dollar/barel təşkil edəcək ki, bu da 2024-cü ilin səviyyəsindən 6% azdır.
Aytac
www.anews.az