Bakı, 10 yanvar, AZƏRTAC
Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi son iki oyunun məkanı və saatları bəlli olub.
Azərbaycan Basketbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Evren Alkayının rəhbərlik etdiyi kollektiv fevralın 6-sı Bakı vaxtı ilə saat 23:15-də Ostendə şəhərində Belçika ilə qarşılaşacaq. Komandamız bundan üç gün sonra isə saat 17:00-da doğma meydanda Polşanı sınağa çəkəcək.