AZ

“Qarabağ KOB-ları layihəsi”nin 2024-cü ildə icrasına dair tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət MəşğulluqAgentliyinin, İnkişaf Korporasiyası və Milli Təhsil TexnologiyaMərkəzinin birgə tərəfdaşlığı, “Paşa Holding” MMC-nin maliyyədəstəyi ilə reallaşdırılan "Qarabağ KOB-ları layihəsi"nin 2024-cüildə icrasına dair tədbir keçirilib.

Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, iş adamlarıvə biznes assosiasiyaların təmsilçiləri, eləcə də layihəyə cəlbolunmuş müharibə iştirakçıları, qazilər, şəhid ailələrinin üzvləriiştirak ediblər.

Tədbir öz işinə Azərbaycanın dövlət himninin səslənməsi,ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizinəziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması iləbaşlayıb.

Sonra “Qarabağ KOB-ları” layihəsinə dair video çarx nümayişolunub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Vətənmüharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibəiştirakçıları ilə bağlı icra olunan geniş sosial dəstək paketindənbəhs edib. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidentcənab İlham Əliyevin göstərişi ilə həyata keçirilən dəstəkpaketinin bir istiqaməti olaraq nazirlik tərəfindən 25,3 mindən çoxşəxsin məşğulluğuna dəstək göstərilib, onlardan 12,2 min şəxsözünüməşğulluq proqramına, 1054 nəfər peşə hazırlığına cəlb edilib,digərləri münasib işlə təmin olunub. Özünüməşğulluq proqramıçərçivəsində sosial tərəfdaşlarla birgə həyata keçirilən layihələrüzrə isə 524 şəhid ailəsi üzvü və müharibə veteranı üçün kiçiktəsərrüfatlar qurulub.

“Qarabağ KOB-ları” layihəsinin şəhid ailələri, müharibəveteranları və onların ailə üzvlərinin məşğulluğuna dəstəkverilməsində önəmi qeyd edilib. KOBİA tərəfindən təşkil olunantəlimlərlə layihə iştirakçılarının biznes biliklərinin vəbacarıqlarının artırıldığı diqqətə çatdırılıb.

İşğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərlə bağlıməşğulluq tədbirlərindən də bəhs olunub, həmin sakinlərdən iqtisadifəal əhalinin artıq 86 faizinin məşğulluğunun təmin edildiyi qeydolunub.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Qarabağ KOB-larılayihəsi”nin ölkəmizdə Vətən müharibəsi iştirakçılarına göstəriləndiqqətin və dəstəyin tərkib hissəsi olduğunu, qazilərin, müharibəiştirakçılarının və onların ailə üzvlərinin, şəhid ailələrininsosial rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin olunmasınadəstək məqsədilə 2023-cü ildən icra olunduğunu qeyd edib.Bildirilib ki, layihə çərçivəsində 2024-cü ildə Bakı, Gəncə, Bərdə,Goranboyla yanaşı, Füzulidə, Laçın rayonunun Zabux və Zəngilanrayonunun Ağalı kəndlərində 70 KOB subyekti yaradılıb. Ümumilikdəisə indiyədək layihə çərçivəsində 120 KOB subyekti yaradılıb. Onlarüçün biznes biliklərinin və bacarıqlarının artırılması üçün KOBİAtərəfindən zəruri təlimlər keçirilib, seçdikləri fəaliyyətproqramları üzrə peşə kursları təşkil olunub. Təlimləri və peşəkursunu uğurla bitirənlər özünüməşğulluq proqramı çərçivəsindəzəruri avadanlıqlarla təmin edilib. Layihədən faydalanmışsahibkarların məhsul və xidmətlərini təqdim edə biləcəkləriplatforma da yaradılıb. “Qarabağ KOB-ları layihəsi"nin 2025-ci ildədə davam etdirilməsi nəzərdə tutulur.

Həmçinin, "Qarabağ KOB-ları layihəsi"nə cəlb edilmiş VətənMüharibəsi iştirakçısının ailə üzvü Aynur Məmmədova və "PAŞAHolding" MMC-nin Aparat rəhbəri Dəyanət Sədullayev layihə barədətəəssüratlarını bölüşüblər.

“Qarabağ
“Qarabağ
“Qarabağ
“Qarabağ
“Qarabağ
“Qarabağ
Seçilən
40
5
az.trend.az

7Mənbələr