AZ

AFFA hakimi təhqir edən Abdulkadır Özü belə cəzalandırdı

AFFA U-10 Liqasında baş tutan “Neftçi” - “Azərbaycan Qartalları” matçında hakimi təhqir edən qonaqların koordinatoru Abdulkadir Özü 5 oyunluq diskvalifikasiya edilib.

Fanat.Az xəbər verir ki, qərar qurumun İntizam Komitəsinin iclasında çıxarılıb.

AFFA U-16 Liqasında çıxış edən “Mübariz” klubuna isə 0:3 hesablı texnki məğlubiyyət verilib. Buna dekabrın 28-də “Dinamo” ilə keçirilən matçda meydan sahibi komandanın heyətində protokolda adı yazılmayan 4 futbolçunun iştirakı səbəb olub.

Daha bir texniki məğlubiyyət AFFA-nın Yüksək Qızlar Liqasında çıxış edən “Qəbələ” komandasına verilib. Buna bölgə təmsilçisinin dekabrın 28-də “Dirçəliş”lə keçirilməli olan oyuna çıxmaması və ev sahibi kimi matçı təşkil edə bilməməsi (ev sahibi komandanın saatı bildirməməsi) səbəb olub. Nəticədə görüş baş tutmadığı üçün "Qəbələ" 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

Seçilən
6
fanat.az

1Mənbələr