AZ

Seyşel Adalarının Prezidenti Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

Bakı. Trend:

Seyşel Adaları Respublikasının Prezidenti Vavel RamkalavanAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığıməktubu ünvanlayıb.

Trend xəbərverir ki, məktubda deyilir:

"Zati-aliləri.

“Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin 2024-cü ildekabrın 25-də Bakıdan Qroznıya uçan zaman faciəvi şəkildə qəzayauğraması və bu hadisə zamanı 38 nəfərin həlak olması, çoxlu saydainsanın yaralanması barədə xəbər məni dərindən kədərləndirdi.

Seyşel Adaları Respublikasının hökuməti və xalqı adından, şəxsənöz adımdan Azərbaycan xalqına, o cümlədən faciə nəticəsində həlakolanların ailələrinə dərin hüznlə başsağlığı verirəm, bu kədərligünlərdə həmrəyliyimi bildirirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahişedirəm".

Seçilən
22
2
az.trend.az

3Mənbələr