Bakı. Trend:
Qırğız Respublikasının Prezidenti Sadır Japarov AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubuünvanlayıb.
Trend xəbərverir ki, məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycanın sərnişin təyyarəsinin qəzaya uğraması və nəticədəinsanların həlak olmaları ilə bağlı xəbəri dərin kədər hissi iləqarşıladım.
Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan həlakolanların ailələrinə və doğmalarına başsağlığı verir, xəsarətalanların tezliklə sağalmalarını arzu edirəm".