AZ

Orsolini: “Ranyeri “Roma”nın zehniyyətini dəyişdi”

“Bolonya”nın cinah hücumçusu Rikkardo Orsolini Klaudio Ranyerinin baş məşqçi vəzifəsinə gəlişi ilə “Roma”nın çevrilişi haqda söhbət açıb.

Arena.az “Roma Press” dərgisinə istinadən, italyan futbolçunun bu barədə qənaətini tədim edir:

“Bu, cari mövsümün əvvəlində oynadığımız “Roma” deyil. Əlbəttə, oyunçular dəyişməyiblər, amma onlar daha diqqətli olublar. Ranyeri onların zehniyyətini dəyişib. Bir tərəfdən, mən onlar üçün şadam, çünki bir çox oğlanları tanıyıram, ümidvaram ki, Bazar günü bizə qarşı keçiriləcək oyun istisna olmaqla, onlar mövsümü yaxşı keçirə biləcəklər”, deyə Orsolini vurğulayıb.

Xatırladaq ki, Klaudio Ranyeri 2009-2011-ci illərdə və 2019-cu ilin mart-iyun ayları aralığında “canavarlar”ın baş məşqçisi vəzifəsində çalışıb. 73 yaşlı qocaman mütəxəssis “canavarlar” üçün çox çətin bir məqamda – 2024-cü ilin noyabr ayında yenidən “Roma”nın sükanı arxasında fəaliyyətə razılq verib. Ranyeri cari mövsümün sonuna qədər “Roma”nı çalışdıracaq.

İtaliya A Seriyasının 20-ci turu çərçivəsində baş tutacaq “Bolonya” – Roma” oyunu Bazar günü, yanvarın 12-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 21:00-da başladacaq.

19 oyundan 23 xalla “Roma” İtaliya A Seriyasının yarış cədvəlinin 10-cu pilləsində qərarlaşıb. “Bolonya” isə 17 oyundan 28 xalla 7-ci pillədədir.

Seçilən
29
arena.az

1Mənbələr