Bakı. Trend:
Azərbaycana beş xarici şirkətin quş əti məhsullarınıngətirilməsinə məhdudiyyət qoyulub.
Trend xəbərverr ki, bu barədə Azərbaycan Respublikasının Qida TəhlükəsizliyiAgentliyi (AQTA) məlumat yayıb.
Belə ki, Belarusun "Птицефабрика Городок", Rusiyanın "ИндюшкинДвор" və "Невинномысский Мясокомбинат", Ukraynanın "ПтицекомплексГубин", Gürcüstanın "Chirina LTD" şirkətinə məxsus quş ətiməhsullarından götürülmüş nümunələrin Qida Təhlükəsizliyiİnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində"Salmonella" aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiqtədbirlər görülüb.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar aidiyyəti ölkələrinmüvafiq qurumlarına ixracın dayandırılmasına dair müraciətünvanlanıb, görülən tədbirlər barədə Agentliyə məlumat verilməsibildirilib.