Ağstafada qətl hadisəsi törədilib. Qadın qadını amansızcasına qətlə yetirməkdə şübhəli bilinir.
Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Kənd sakini 61 yaşlı Fatma Musayeva yaşadığı evdə kəsici alətlə qətlə yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən, onun qohumu 49 yaşlı Zülfiyyə Musayeva polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Zülfiyyə Musayeva qohum olmaqla bərabər qonşuluqda yaşayıb. Mərhumun həyat yoldaşının dediyinə görə, hadisəni törətməkdə şübhəli bilinən qadın ötən ilin yay aylarından 1000 manat borc alıb və indiyə qədər qaytarmayıb. O, iddia edir ki, hadisə törədiləndən sonra evlərindən müəyyən məbləğdə pul aparılıb.
Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Zülfiyyə Musayeva Ağstafa Mədəniyyət Mərkəzinin işçisi olub.
Faktla bağlı rayon prokuroluğunda araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.