"Qalatasaray"ın heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
İstanbul təmsilçisinin yarımmüdafiəçisi Qabriel Sara zədələnib. Braziliyalı futbolçu Türkiyə Kubokunun qrup mərhələsinin I turunun "Başakşehir"lə matçında (2:2) dizindən xəsarət alıb.
25 yaşlı orta xətt oyunçusunun dizində orta səviyyədə yüklənmə və qanama aşkar edilib. Onun müalicəsinə başlanılıb.
Futbolçunun yaşıl meydanlara nə vaxt qayıda biləcəyi ilə bağlı həkimlər korpusunun qərar verəcəyi bildirilib.
Qeyd edək ki, "Qalatasaray" Qabriel Saranı mövsümün əvvəlində İngiltərənin "Norviç" klubundan transfer edib. "Sambaçı" "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 25 rəsmi matçda 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Ronaldodan unikal nailiyyət
Arauxo "Yuventus" yolunda
Əfsanəvi italyan qapıçı vəfat edib
Mourinyo “Qalatasaray”la bağlı paylaşım edib - FOTO
"Tituldan asılı olmayaraq, Mourinyo "Fənərbaxça"da qalmalıdır" - Ali Koç