AZ

Nyu-York məhkəməsi Trampa hökm oxudu


Nyu-York məhkəməsi ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampa hökm oxuyub.
Yeniavaz.com
“Fox News” telekanalına istinadla xəbər verir ki, məhkəmə Trampı maliyyə sənədlərini saxtalaşdırma ittihamına görə məsuliyyətdən azad edib.
Nyu-York məhkəməsinin hakimi Trampı “Trump Organisation”un maliyyə sənədlərini saxtalaşdırdığına görə cəza olaraq qeyd-şərtsiz azadlığa buraxıb.
Beləliklə, yanvarın 20-də Tramp cinayət məsuliyyətinə cəlb edilərək vəzifəyə başlayan ilk ABŞ prezidenti olub.
Belə ki, ABŞ tarixində heç bir prezident ağır cinayətdə mühakimə olunduqdan sonra vəzifəyə başlamayıb.
ABŞ Konstitusiyası cinayət keçmişi olan şəxslərin prezidentliyə namizədliyini və ya vəzifəsini tutmasını qadağan etmir.
Telekanalın məlumatına görə, hökm onun ABŞ prezidenti kimi səlahiyyətlərinə təsir etməyəcək. O, yenə də baş komandan ola biləcək.
Qeyd edək ki, Tramp ilkin olaraq 34 maliyyə saxtakarlığına görə sınaq müddəti və ya 4 ilə qədər həbs cəzası ilə üzləşib.
Seçilən
26
13
yeniavaz.com

10Mənbələr