Cəlilabadda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib.
Avtosfer.az xəbər verir ki, vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində polis əməkdaşlarının fəaliyyəti davam etdirilir. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlərlə rayon sakinləri müvafiq sənədləri olmayan 7 ədəd ov tüfəngini könüllü polisə təhvil veriblər.
FOTO QALEREYA