AZ

Binəqədidə yolun ortasından neftin çıxması iddialarına İcra Hakimiyyətindən RƏSMİ CAVAB VİDEO

Yolun ortasından neft çıxdığı iddia edilir. Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.

Xezerxeber.az-ın xəbərinə görə, videonu çəkib sosial səbəkələrdə paylaşan Ümid Hüseynov deyir ki, yaşadıqları massiv mədən ərazisi hesab edildiyindən bu kimi hallarla tez-tez qarşılaşırlar. Bu isə qəsəbənin sakinlərinin işini daha da çətinləşdirir.

Sakinlər deyirlər ki, yola yayılan mayedən həm də pis qoxu gəlir. Digər sakin Şaiq Hüseynov isə deyir ki, bu yaşayış massivini Binəqədi rayonun mərkəzindən az məsafə ayırsa da, yolu baxımsız vəziyyətdədir.

Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən mövqe bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
22
5
xezerxeber.az

6Mənbələr