Oğuzun Xalxal,Xalxalqışlaq və Ərmənət kəndlərində illərdi təbii qaz yoxdur.
Xezerxeber.az xəbər verir ki, bu dağ kəndlərində ilin 6 ayı evlər qızdırılır. Qaz olmadığından vətəndaşlar məcbur olub odundan istifadə edirlər. Sakinlər iddia edir ki, artıq meşələrdə yaxın yerlərdə odun tapmaq mümkün olmur.
Odunu pulla alan sakinlər bildirir ki, bu da onlara baha başa gəlir.
Məsələyə Azərqaz İstehsalat Birliyi də münasibət bildirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.