Bakı. Trend:
Yanvarın 13-dən fevralın 26-dək Rumıniya, Bolqarıstan vəYunanıstanda keçiriləcək “Steadfast Dart” təlimlərində NATO-nun 9ölkəsindən 10 minə yaxın hərbçi iştirak edəcək.
Trend-inməlumatına görə, bu barədə NATO-nun mətbuat xidməti bildirib.
Təlimlər Avropanın cənubunda keçirilsə də, NATO onların əsasməqsədinin Rusiya sərhədləri yaxınlığında əməliyyatlar keçirməkolacağını bildirib.
"Təlimlər NATO-nun şərq cinahını gücləndirmək üçün qüvvələrinisürətlə yerləşdirmək qabiliyyətini nümayiş etdirəcək. Əlavəqoşunların yerləşdirilməsi güc baxımından yaxın olan düşmənləsimulyasiya edilmiş münaqişə zamanı baş verəcək", - deyə qeydolunub.
Bildirilib ki, manevrlərfə NATO-nun 9 ölkəsindən quru, dəniz,hava və xüsusi təyinatlılar da daxil olmaqla 10 minə yaxın hərbçiiştirak edəcək.