AZ

Matiç Premyer Liqaya qayıda bilər

"Lion"un yarımmüdafiəçisi Nemanya Matiç İngiltərə çempionatına qayıda bilər.

90deqiqe.Az "Sky Sport Germany"a istinadən xəbər verir ki, 36 yaşlı futbolçu karyerasını "İpsviç"də davam etdirə bilər. Premyer Liqa klubu Serbiya millisinin sabiq üzvünü heyətinə qatmağı nəzərdən keçirir.

Matiçin "Lion"da qalmaq istəsə də, lakin Fransa təmsilçisi yarımmüdafiəçi ilə ayrılmağın əleyhinə olmadığı bildirilir.

Matiç bu mövsüm komandanın heyətində 18 oyuna çıxıb. Təcrübəli futbolçu daha əvvəl  "Çelsi" və "Mançester Yunayted"də çıxış edib.

Seçilən
19
90deqiqe.az

1Mənbələr