AZ

Suriyalılar türklərlə Bəşər Əsədin cəzalandırılmasını müzakirə ediblər

Suriyanın ədliyyə naziri Şadi əl-Veysi Dəməşqdə türkiyəli vəkillərlə görüşüb.

Bildirilir ki, tərəflər ölkədən qaçan Bəşər Əsədin beynəlxalq məhkəmə qarşısında mühakimə olunmasının mümkünlüyünü müzakirə ediblər.
 
2024-cü il noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil oldular, Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verdi və ölkəni tərk etdi. Dekabrın 10-da İdlib vilayətində qondarma xilas hökumətinə rəhbərlik edən Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək davam edəcək keçid dövrü üçün Suriya Nazirlər Kabinetinin rəhbəri təyin olunduğunu açıqlayıb.
 
Aytac

 




www.anews.az
Seçilən
28
anews.az

1Mənbələr