İngiltərə Premyer Liqasında ötən ilin son ayının ən yaxşı futbolçusu və məşqçisi üçün keçirilən səsvermənin nəticələrini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Ən yaxşı oyunçu altı matçda səkkiz qol vurmağı bacaran "Nyukasl"ın isveçli hücumçusu Alexander Isak seçilib. O, səsvermədə Trent Alexander-Arnold, Məhəmməd Salah, Din Huysen, Morgan Qibbs-Vayt, Yakob Merpi, Antoni Robinson və Kole Palmeri geridə qoyub.
Ən yaxşı məşqçi üçün səsverməyə gəlincə, qalib “Nottingem Forest”in meneceri Nuno Espirito Santo olub. Dekabrda keçirdiyi altı oyunda onun komandası cəmi bir məğlubiyyətlə üzləşib və ardıcıl beş dəfə qalib gələrək turnir cədvəlində üçüncü pilləyə yüksəlib.