AZ

Canilər 7 gün sonra Bakıda mühakimə olunur VİDEO

1988-ci ildən başlayaraq Qarabağda qanunsuz fəaliyyət göstərən erməni silahlı hərbi birləşmələri və Ermənistan Silahlı Qüvvələri azərbaycanlıları qanuni yerləşdiyi yerlərdən məcburi didərgin salıb, azərbaycanlı əsir və girovlara dəhşətli işgəncələr verib, mülki şəxslərlə amansız rəftar edib, soyqırım, deportasiya, işgəncə və s. sülh və insanlıq əleyhinə  cinayətlər, habelə qəsdən adam öldürmə, təxribat, terrorizm və başqa xüsusilə ağır cinayət hadisələri törədiblər.

Azərbaycan Demokratiya və İnsan haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov deyir ki, erməni silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş çoxsaylı qanlı cinayət hadisələrini təsdiq edən faktlar bu gün də aktuallığını saxlayır.

Hüquq müdafiəçisi Əhməd Şahidov deyir ki, 2020-ci ildən sonra Azərbaycan Ermənistanın Qarabağda törətdiyi cinayətləri daha detallı araşdırdı və dünyaya təqdim etdi.

Azərbaycan hüququn bərpa olunması üçün beynəlxalq səylərini də davam etdirir. Belə ki, 2020-ci ildən sonra ölkəmiz Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistana qarşı müxtəlif iddalarla müraciət edib. Məhkəmə Ermənistanın və Azərbaycanın müraciətləri üzrə ictimai dinləmələr keçirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
23
xezerxeber.az

1Mənbələr