AZ

Azərbaycan hakimləri Antalyada daha 2 oyun idarə etdilər

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan hakimləri bu güm daha iki yoxlama oyununu idarə ediblər.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

“Maqdeburq” və Kiyev “Dinamo”su arasında görüşdə Rauf Allahverdiyev baş hakim kimi çalışıb. “Novi Pazar”la “Qanqvonq”un U-23 komandasının duelində isə Əkbər Əhmədov baş hakim olub.

Xatırladaq ki, Azərbaycan hakimləri Antalya toplanışı çərçivəsində buna qədər daha bir yoxlama oyunu idarə ediblər. Yanvarın 8-də Rumıniyanın “Universitatya” (Kluj) və Cənubi Koreyanın “Qanqvonq” klubları arasında təşkil olunmuş yoxlama oyununun baş hakimi Əli Əliyev olub.

Antalyadakı təlim-məşq toplanışı yanvarın 12-nə kimi davam edəcək.

“Maqdeburq” (Almaniya) – “Dinamo” (Kiyev, Ukrayna) 3:1
Baş hakim: Rauf Allahverdiyev
Baş hakimin köməkçiləri: Rəhman İmami, Tərlan Talıbzadə

“Novi Pazar” (Serbiya) – “Qanqvonq” U-23 (Cənubi Koreya) 1:1
Baş hakim: Əkbər Əhmədov
Baş hakimin köməkçiləri: Teymur Teymurov, Kərim Zeynalov

Seçilən
20
17
arena.az

10Mənbələr