AZ

Suriyada Cümə namazı zamanı faciə:ÖLƏNLƏR VƏ XƏSARƏT ALANLAR VAR

Suriyanın paytaxtı Dəməşqdə yerləşən Əməvi məscidində Cümə namazı vaxtı yaşanan izdihamda ilkin məlumata görə üç nəfər həyatını itirib.

 

Senzor.az bildirir ki, bu barədə yerli KİV  məlumat yayıb.

 

İzdiham nəticəsində daha beş nəfərin xəsarət aldığı bildirilir.

 

Hələlik məsciddə sıxlığın hansı səbəbdən baş verdiyi açıqlanmır (Görüntülər bu linkdə: (https://www.youtube.com/watch?v=lfq60ofGaS4)


Xatırladaq ki, Əməvi məscidi paytaxt Dəməşqin simvolu hesab edilir. Tarixi VII-VIII əsrə dayanan hazırkı məscid əvvəl xristianlar tərəfindən kilsə kimi istifadə edilib, islamın gəlməsindən sonra isə ərazisi artırılaraq islam dünyasının ən böyük məscidlərindən birinə çevrilib. Məscidin ərazisində dini kitablarda adı keçən din xadimlərinin, həmçinin islam sərkərdələrinin məzarları yerləşir.

Seçilən
18
senzor.az

1Mənbələr