AZ

NATO 10 mindən çox hərbçinin iştirakı ilə təlim keçirəcək

Bakı, 11 yanvar, AZƏRTAC

NATO yanvarın 13-dən fevralın 26-dək “Steadfast Dart” təlimi keçirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Alyans X sosial şəbəkəsində məlumat verib.

Rumıniya, Bolqarıstan və Yunanıstanda keçiriləcək təlimdə 10 mindən çox NATO əsgəri iştirak edəcək.

“Təlim NATO-nun istənilən vaxt ərzində potensial rəqibə qarşı çevik reaksiya vermək bacarığını və müdafiə qabiliyyətini nümayiş etdirəcək”, - məlumatda qeyd olunub.

Seçilən
26
13
azertag.az

10Mənbələr