ABŞ Prezidenti Co Bayden və Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer brifinqdə danışıb.
Onun sözlərinə görə, Bayden telefon danışığında ABŞ-nin Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib:
“Prezident bir neçə dəqiqə əvvəl Zelenski ilə telefonla danışıb. Bayden bir daha son üç il ərzində ABŞ tərəfindən Ukraynaya göstərilən dəstəyin davam etdiriləcəyini qeyd edib”.