Berlin, 11 yanvar, AZƏRTAC
Futbol üzrə Almaniya çempionatının – Bundesliqanın 16-cı turuna “Borussiya Dortmund” – “Bayer Leverkuzen” oyunu ilə start verilib.
AZƏRTAC xəbər verir ki, məhsuldar qarşılaşmada 3:2 hesabı ilə qalib gələn qonaqlar çempionatda ardıcıl altıncı qələbələrini qazanaraq xallarının sayını 35-ə çatdırıblar. “Borussiya Dortmund”un aktivində isə 25 xal var.
Bundesliqanın 16-cı turu çərçivəsində keçiriləcək digər qarşılaşmalar aşağıdakılardır:
11 yanvar
“Hoffenhaym” - “Volfsburq”;
“Haydenhaym” - “Union Berlin”;
“Frayburq” - “Holştayn Kiel”;
“Maynz 05” - “Boxum 1848”
“St Pauli” - “Ayntraxt Frankurt”;
“Borussiya Münxenqladbax” - “Bavariya”;
12 yanvar
“Leyptsiq” - “Verder Bremen”;
“Auqsburq” - “Ştutqart”.
Bundesliqada 15 turdan sonra 36 xalla “Bavariya” liderlik edir. Münxenliləri “Bayer Leverkuzen” izləyir. Aktivlərində 27 xal olan “Ayntraxt Frankurt” və “Leyptsiq” üçüncü və dördüncü pillələrdə qərarlaşıblar.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin