Xəbər verdiyimiz kimi, ABŞ-nin Kaliforniya ştatında güclü meşə yanğınları davam edir.
“Qafqazinfo” xəbər verir ki, bu yanğınlarda “Survivor” yarışması ilə tanınan Turabi Camkıran da zərər gördüyünü açıqlayıb.
Belə ki, o, sosial şəbəkə hesabında Los-Ancelesdəki evinin və avtomobilinin yandığını deyib:
“Evim və maşınım yanıb. Hər şey kül oldu.Telefonum, bel çantam və qeyri-sağlam bədənimdən başqa heç nəyim qalmadı. Yenə sıfırdan başlayacağam”.
Qeyd edək ki, Los-Ancelesdəki yanğınlarda Billi Kristal, Mendi Mur və Peris Hilton da daxil olmaqla bir çox məşhurların evləri yanıb.
Xatırladaq ki, Turabi iki dəfə - 2014 və 2015-ci illərdə “Survivor” yarışmasının qalibi olub.