Amerika Birləşmiş Ştatları 2024-cü il üçün WADA-ya töhfələrin (3,625 milyon dollar) ödənilməsini dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, ABŞ-ın Ümumdünya Antidopinq Agentliyinə olan borcu ölkənin DÇ-2026 və 2028-ci il Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququndan məhrum edilməsinə səbəb ola bilər. Belə olacağı təqdirdə, amerikalı idmançılar bayraqsız və himnsiz yarışmalı olacaqlar.