AZ

Dərman qıtlığı var - Xəstələr öləcək

2024-cü ildə Niderlandda 1563 müxtəlif növ dərman çatışmazlığı var idi.

Publika.az xəbər verir ki, bu barədə Niderland Əczaçıları Kral Assosiasiyası məlumat yayıb.

Məlumata görə, Niderlandda 4,5 milyondan çox insan hələ də preparat çatışmazlığından əziyyət çəkir. Ötən il kəsir rekord həddə çatıb. Dərman çatışmazlığının orta müddəti 104 gün təşkil edir. Bununla belə, bir ildən çoxdur ki, 31 dərman tapılmır.

Niderland Pasiyentlər Federasiyasından Tiymen Hendriksenin sözlərinə görə, bir çoxları gələn ay dərmanlarını qəbul edib-etməyəcəyini düşünür, buna görə də, bəzi xəstələr dərmanlarını xaricdən alırlar. “Hər beş haldan birində fərqli bir dərman istifadə olunur. Bu, xərclərin artmasına və digər yan təsirlərə səbəb ola bilər”, - deyə Hendriksen qeyd edir.

Seçilən
7
1
publika.az

3Mənbələr