AZ

Tramp vəzifəyə başladığı ilk gündə 100-dən çox sərəncam imzalayacaq

Bakı, 11 yanvar, AZƏRTAC

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın vəzifəyə başladığı ilk gündə 100-dən çox sərəncam imzalaması gözlənilir.

AZƏRTAC-ın “Associated Press”ə istinadla verdiyi məlumata görə, sərəncamlar sərhəd təhlükəsizliyi, o cümlədən ABŞ-Meksika sərhədində nəzarətin güclənməsi, deportasiya, məktəblərdə gender məsələsi, vaksinasiya və seçki kampaniyası zamanı vəd verdiyi digər məsələlərlə bağlı olacaq. Sənədlər yeni seçilmiş prezidentin komandası tərəfindən hazırlanır. Sərəncamların əksəriyyətinin yanvarın 20-si andiçmə günündə Prezident vəzifəni təhvil aldıqdan dərhal sonra imzalanacağı bildirilir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

 

Seçilən
44
16
azertag.az

10Mənbələr