AZ

Bağçalarda uşaqların qidalanmasına necə nəzarət edilir?

Bakı. Trend:

Məktəbəqədər təhsil müəssisələrində uşaqlara təqdim edilənqidalar valideynləri maraqlandıran əsas məsələlərdən biridir.Övladını bağçaya göndərməyi düşünən şəxs ilk olaraq həminmüəssisənin qida rasionu barədə fikirləşir. Cavabını axtarıdığımızəsas sual da elə həmin qidalanma rejminə nəzarətlə bağlıdır.

Məktəbəqədər tədris müəssisələrində qidalanma necətənzimlənir?

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə DövlətAgentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, buməsələlərə Agentlik tərəfindən həssaslıqla yanaşılır və daim diqqətmərkəzində saxlanılır:

“Məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi iləyanaşı, uşaqların sağlamlığı, təhlükəsizliyi və qidalanmasıprioritetlərimizdəndir. Bu məsələlərə Agentlik tərəfindənhəssaslıqla yanaşılır və daim diqqət mərkəzində saxlanılır.

Bildiririk ki, məktəbəqədər təhsil müəssisələrində qidalanmanormaları Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasəntənzimlənir və təşkil edilir. Qidalanma gün ərzində bağçaların işsaatlarına görə təmin olunur”.

Agentlikdən qeyd edilib ki 2023-cü ildən etibarən paytaxt və birsıra bölgələr daxil olmaqla, 446 bağçada qidalanma ilə bağlı pilotlayihə icra edilir:

“Layihə çərçivəsində qidalanma prosesi vahid menyu əsasındatəşkil olunub. Layihəyə əsasən, qidalanma prosesi bir neçə formadahəyata keçirilir. Belə ki, bir sıra məktəbəqədər təhsilmüəssisələrinə isti yeməklər özəl şirkətlər tərəfindən çatdırılır.Əksər bağçalarda isə yeməklər məhz müəssisənin özündəhazırlanır.

Bildiririk ki, mövcud normalara əsasən, zülal, karbohidrat,mineral və vitaminlərin balansı gün ərzində menyuda nəzərdə tutulanqidalara görə tənzimlənir. Uşaqların hansı qidalara allergikolmaları ilə bağlı valideynlərlə dəqiqləşdirmələr aparılır vəqidalanma zamanı bu amillər nəzərə alınır. Kənardan qidanıngətirilməsinə icazə verilmir və bağça heyəti bununla bağlı mütəmadimaarifləndirilir.

Qeyd edirik ki, 2024-cü ildə Qida Təhlükəsizliyi İnstitutu iləMəktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgəəməkdaşlığı çərçivəsində paytaxt Bakı və regionlarda fəaliyyətgöstərən məktəbəqədər təhsil müəssisələrinin 1600-ə yaxın müdir,aşpaz və aşpaz köməkçiləri üçün təlimlər keçirilib. Təlimiştirakçıları müəssisələrdə qida məhsullarının qəbulu, emalı,saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi və digərməsələlər barədə məlumatlandırılıb.

Təlimlərlə yanaşı, məktəbəqədər təhsil müəssisələrindəsanitariya-gigiyena və qida təhlükəsizliyi ilə bağlı tələblərəriayət olunub-olunmamasına dair monitorinqlər keçirilir. 2024-cüilin sonunadək paytaxt və bölgələrdə 450 bağçadasanitariya-gigiyena qaydalarının və qida təhlükəsizliyinin təminolunması ilə bağlı fəaliyyətlər icra edilib”.

Bəs uşaqlar üçün bağçalarda sağlam qidalanma necəolmalıdır?

Bu barədə Trend-ə danışan həkim-pediatr GünayRəsulova bildirib ki, uşaq bağçalarında qida rasionubalanslı olmalıdır.

“Yəni gündəlik meyvə, tərəvəz, süd məhsulları, ət məhsulları,hamısı rasionda bölünmüş və balanslı şəkildə olmalıdır. Bu, səhər,günorta və axşam yeməyi daxil olmaqla, üç əsas öyün və iki ara öyünkimi qurulmalıdır.

Bağçalarda qidalanmada ən çox yol verilən səhvlərdən biriuşaqlara şirin çayın verilməsidir. Şirin çay uşaq yaş qrupu üçünuyğun qida sayılmır. Ona görə ki, tərkibində kofein var. Eynizamanda, çay orqanizmdə dəmiri azaldır. Ümumiyyətlə, şəkər yükübaxımından bağçada uşaqlara şirin çay verilməməlidir”.

“Bəzən özəl bağçaların qida rasionunu paylaşırlar. Biz görürükki, siyahıda süni meyvə şirələri var, bu da yanlışdır. Yalnız təbiimeyvə suyu, bağçanın özündə yenicə çəkilmiş, təzə meyvə suyu təqdimedilə bilər. Eyni zamanda, meyvələri suda qaynadıb şəkər qatmadankompot kimi vermək olar. Təqdim edilən bütün meyvə və tərəvəzlərmövsümə uyğun olmalıdır. Verilən yeməklər qızartma şəklindəolmamalıdır”, - deyə həkim əlavə edib.

Seçilən
30
12
az.trend.az

10Mənbələr