AZ

Azərbaycan XİN ABŞ hökümətinə və xalqına başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi Kaliforniyada genişmiqyaslı yanğınlar səbəbindən ABŞ hökümətinə və xalqına başsağlığı verib.

APA xəbər verir ki, nazirlik bu barədə “X” hesabında paylaşım edib.

“ABŞ-ın Kaliforniya ştatında meşə yanğınlarının törətdiyi geniş dağıntılar bizi dərindən kədərləndirir. ABŞ hökumətinə və xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların tezliklə sağalmasını arzu edirik”, - paylaşımda deyilir.

Seçilən
30
28
apa.az

10Mənbələr